SON DƏQİQƏ: Bir evdə başlayan yanğını külək yaydı, kənddə onlarla ev yanır

  • SpaceTV
  • 7 İyul 2020 14:49

Türkiyənin Artvin vilayətindəki Səhləpçilər kəndində yanğın meydana gəlib.

space tv xəbər verir ki, 10-dan çox evdə hal-hazırda yanğın davam edir. Hadisə nəticəsində ölənlərin olub olmaması ilə bağlı hələki məlumat verilməyib. Yanğının başlamasına səbəb isə külək olub. Bir evin damında bilinməyən səbəbdən başlayan yanğın bütün kəndə yayılıb.

Hal-hazırda yanğın söndürmə əməliyyatları davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun