SON DƏQİQƏ: Bakıda yaşayış binası yanır

  • SpaceTV
  • 24 Fevral 2020 11:31

Yaşayış binasında yanğın hadisəsi baş verib.

SPACE TV  xəbər verir ki, yanğın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində olan binalardan birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Bina ətrafına maşınların girişi bağlanıb.

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın zamanı evdə 3 uşaq olub.

Daha sonra 2-si xilas edilib, 1-nin isə hələ də yanğın baş verən mənzildə qaldığı bildirilib.

Binada qaz olmadığı qeyd edilib. Yanğının baş vermə səbəbi açıqlanmayıb.

Paylaş

 Xəbəriniz olsun