SON DƏQİQƏ: Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər təhlükədədir

  • SpaceTV
  • 22 Yanvar 2020 11:55

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

SPACE TV  bildirir ki, bu barədə yanğın baş verən binanın sakinləri məlumat veriblər. Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “baku.ws”-ə bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun