SON DƏQİQƏ: Azərbaycanlı idmançı koronavirusdan öldü

  • SpaceTV
  • 6 Aprel 2020 11:19

Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.

SPACE TV xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb.
O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:

“Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım Koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi!
Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun canım qardaşım!

Paylaş

 Xəbəriniz olsun