SON DƏQİQƏ: Azərbaycanda koronavirusla mübarizə aparan tanınmış həkim öldü

  • Space TV
  • 18 Aprel 2020 13:15

Müsavat Partiyasının üzvü, həkim Zakir Xəlilov koronavirusdan vəfat edib.

SPACE TV xəbər verir ki, bu barədə partiya başqanının müavini Səxavət Soltanlı “Facebook”da məlumat verib.

“Təəssüf ki, yaxından tanıdığımız, müsavatçı dostumuz Zakir Xəlilov (Zakir doktor) koronavirusdan dünyasını dəyişdi. O, təcili tibbi xidmətdə çalışırdı. Başqalarını xilas edərkən virusa yoluxmuşdu” – S.Soltanlı qeyd edib.

Paylaş

 Xəbəriniz olsun