SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın – 2 helikopter göndərildi

  • Space TV
  • 7 Fevral 2020 14:30

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib.

SPACE TV  xəbər verir ki, FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib ki, bu gün Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub: “Əlavə məlumat veriləcək”.

Paylaş

 Xəbəriniz olsun