Türkiyənin Nevşehir vilayətində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.
SPACE.TV-nin Karara istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu deyilir.
Hadisə Kappadokiya rayonunda qeydə alınıb. Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.