Son bir gündə dünyada rekord sayda koronavirusa yoluxma təsdiqlənib

  • Space TV
  • 10 Noyabr 2020 16:49

Son bir gündə dünyada rekord sayda – 677 806 nəfərdə koronavirus infeksiyasına yoluxma təsdiqlənib.

Spacetv.az xəbər verir ki, “Gordon”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər yayıb.

Bundan əvvəlki rekord noyabrın 6-da (80 mindən çox) qeydə alınmışdı.

Təşkilat tərəfindən təsdiqlənmiş COVID-19-a yoluxma hallarının ümumi sayı 50 milyon 266 minə çatıb. Ən çox infeksiya qeydə alınan ölkələr ABŞ (9,7 milyon), Hindistan (8,5 milyon), Braziliya (5,6 milyon), Rusiya (1,7 milyon) və Fransadır (1,7 milyon).

Koronavirusdan son 24 saat ərzində 8311, pandemiya başlayandan bəri ümumilikdə 1,25 milyondan çox insan ölüb.

Paylaş

 Xəbəriniz olsun