Son 24 saat ərzində Yunanıstana 243 miqrant və qaçqın daxil olub

  • Space TV
  • 17 Dekabr 2019 15:40

Yunanıstan Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, son 24 saat ərzində ölkəyə 243 miqrant daxil olub. Onlardan 86-sı Egey dənizinin şərqindəki adalara – Lesbos və Aleksandropolisə çatdırılıb. Digərləri isə qayıqlarla beş adaya gəliblər.

Artıq neçə vaxtdır ki, Yunanıstan qaçqın və miqrant problemi ilə üz-üzə qalıb. Avropa İttifaqının yardımına baxmayaraq, vəziyyət acınacaqlı olaraq qalır. Düşərgələrdə yer tapılmır. Yerli əhali ilə miqrantlar arasında tez-tez iğtişaşlar baş verir.

Paylaş

 Xəbəriniz olsun