“Son 10 gün ərzində 14 nəfər dərmandan zəhərlənib

  • SpaceTV
  • 7 May 2020 15:53

Baş toksikoloq Azər Maqsudov bildirdi ki, həmin xəstələr dərman preparatlarından artıq dozada qəbul etdikləri üçün zəhərlənmə baş verib. Onlar ağır, huşsuz vəziyyətdə  xəstəxanaya çatdırılıb.

Dəm qazından zəhərlənmə ilə bağlı  iki nəfər müraciət edib. Onlar da  ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. Sirkə turşusundan 2 nəfər, metil sprirtindən zəhərlənmə ilə bağlı 1 nəfər, etil spirti ilə bağlı 3 nəfər, allergik reaksiya ilə bağlı 6  nəfər müraciət edib.

Nəzərinizə çatdıraq ki, metil spirti kimyəvi sənayedə işlədilən toksiki məhluldur. Satışı qadağandır. Şöbə rəhbəri bildirdi ki, metil spirtini daxilə qəbul etdikdə ölümcül reaksiya verir. Etil spirtindən isə əsasən şəxsi gigiyenada istifadə olunur. Ölümə səbəb olduğu üçün  mütəxəsislər etil və metil spirtinin daxilə qəbulunu məsləhət görmür.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun