Şok: Türkiyədə Yer qabığı qırıla bilər

  • SpaceTV
  • 25 Yanvar 2020 13:02

Türkiyənin Elazığ şəhərində baş verən 6.8 bal gücündəki zəlzələ ilə bağlı mütəxəssislər ilk açıqlamalarını veriblər.

SPACE TV xəbər verir ki, türkiyəli professor Şükrü Ərsoy bu zəlzələnin Yer qabığındakı qırılma ilə əlaqəli ola biləcəyini deyib:

“Daha öncə də Elazığda bir zəlzələ baş vermişdi. Bu bölgənin kritik olduğunu söyləmişdim. Yüksək gərginlikli bir bölgədir. Belə bir zəlzələnin baş verə biləcəyi gözlənilən idi. Uzun müddətdir Şərqi Anadoluda zəlzələ olmamışdı. Yer qabığını qırmış ola bilər. Ciddi ziyan var”.

Qazi Universitetinin professoru Süleyman Pampal bildirib ki, zəlzələ hətta Osmaniyədən də hiss olunub:
“Təəssüf ki, pessimist bir mənzərə ortaya çıxır. Bölgənin quruluşu risklidir. Kənd yerlərindəki binaların vəziyyətinin pis olduğunu güman edirəm”.

“Bu mərhələdə bir şey söyləmək mümkün deyil. Böyük bir zəlzələdir. Şərqi Anadoluda fayl oyanmağa başladı”, – professor Naci Görür fikirlərini belə qeyd edib

Paylaş

 Xəbəriniz olsun