ŞOK GÖRÜNTÜLƏR:Ermənilər Qarabağda qəbirlərimizi belə dağıdır

  • SpaceTV
  • 19 Fevral 2020 15:01

Rusiyada məşhur olan sosial şəbəkələrdən birində bir qrup Ermənistan vətəndaşı tərəfindən Azərbaycanın Qarabağda yerləşən qədim qəbirstanlığındakı vandallıq aktı barədə yazılanlar böyük səs-küyə səbəb olub.

SPACE TV  xəbər verir ki, sosial şəbəkədə Artur Mejlumyan adlı erməninin bölüşdüyü şəkillərdə onun və yanında olan başqa ermənilərin iştirakı ilə azərbaycanlılara məxsus qədim qəbiristanlıqda başdaşılarını təpiklənməsi, sındırılması və alçaldılması açıq-aydın görünür.

Qeyd edək ki, düşmən tapdağı altında olan Qarabağımızda çox sayda qədim qəbiristanlıq mövcud idi.

Paylaş

 Xəbəriniz olsun