Soçidə Putinlə Lukaşenko arasında danışıqlar başladı

  • Space TV
  • 14 Sentyabr 2020 16:14

Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında təkbətək danışıqlar başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

İclas Rusiya dövlət başçısının Soçidəki yay iqamətgahında başlayıb. Dmitri Peskov iki lider arasındakı danışıqların Moskva vaxtı ilə təxminən saat 14.00-da başladığını və “lazım olduğu qədər” davam edəcəyini bilidirib.

Danışıqlar zamanı tərəflər arasında ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafına dair əsas məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun