Soçidə Azərbaycan və İran prezidentləri arasında görüş olacaq

  • SpaceTV
  • 12 Avqust 2019 11:09

Space.TV-“RİA Novosti” yə istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani Soçidə baş tutacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti Ilham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.

İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib ki, H. Ruhani hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin ən vacib məsələlərini müzakirə edəcək.

O, həmçinin Soçi sammitin nəticələrindən sonra birgə bəyanatın qəbul olunacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun