Soçi dağlarında itkin düşən turistlər tapıldı – YENİLƏNİB

  • Space TV
  • 7 Sentyabr 2020 16:01

Soçi dağlarında itkin düşən 11 turistin hamısı tapılaraq helikopterlə evakuasiya edilib.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Soçi şəhər administrasiyasına istinadən məlumat yayıb. 

“Göyərtəsində yeniyetmələrin də olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Mi-8” helikopteri uğurlu eniş edib”, – deyə rəsmi məlumatda qeyd olunur.

11:11

Rusiyanın Krasnodar diyarında fövqəladə hallar idarəsinin axtarış-xilasetmə xidmətinin əməkdaşları dağlarda itkin düşmüş bir qrup turisti axtarır.

Spacetv.az xəbər veri ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Əldə edilən məlumata görə, əksəriyyəti yeniyetmələrdən ibarət olan 11 turist rəsmi qurumları  xəbərdar etmədən Soçi şəhəri yaxınlığındakı dağlıq əraziyə səfərə çıxıblar.

Axtarışlara canlı qüvvə və texnika cəlb edilib.

Paylaş

 Xəbəriniz olsun