SOCAR yeni şirkət yaradıb

  • Space TV
  • 8 Yanvar 2020 16:39

Vergilər Nazirliyi “SOCAR Downstream Management” MMC-ni dövlət qeydiyyatına alıb.

SPACE TV  nazirliyə istinadən xəbər verir ki, yeni kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisinin (SOCAR Tower) yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 121 ünvanında qeydiyyatdan keçib.

“SOCAR Downstream Management”in nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Mustafa Mesut İlterdir.

O, həm də SOCAR-ın Türkiyən İzmir şəhərindəki “Star” neft emalı zavodunun baş direktorudur.

Paylaş

 Xəbəriniz olsun