SOCAR Karbamidə məxsus 115 min ton məhsul daşınıb – FOTO

  • Space TV
  • 21 Dekabr 2020 12:32

Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda istehsal olunan karbamid dəmir yolu vasitəsilə xaricə nəql edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” MMC vasitəsilə H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kq olan böyük kisələrdə olan karbamid Gürcüstan dəmir yollarının təqdim etdiyi yarımvaqonlara yüklənərək Gürcüstanın Qara dəniz limanlarına yola salınıb.

H.Zeynalabdin-Böyük Kəsik-Poti-Batumi marşrutu ilə 884-920 kilometr yolu 3-4 günə daşınan karbamid daha sonra Poti və ya Batumi limanlarında gəmilərə keçirilərək dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.

2019-cu ilin oktyabrından, karbamidin dəmir yolu ilə nəqli başlayan aydan 2020-ci il noyabr ayı daxil olmaqla dəmir yolu xətti ilə ümumilikdə 115 min ton karbamid daşınıb. Proses davam etdirilir.

Qeyd edək ki, SOCAR Karbamid zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə turulub.

Paylaş

 Xəbəriniz olsun