SOCAR işçiləri qazdan zəhərləndi – SUMQAYITDA

  • SpaceTV
  • 16 Noyabr 2019 14:51

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.

SPACE TV-in məlumatına görə, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun