SOCAR-ın Marketinq İdarəsi bu il ixracdan 115 mln dollara yaxın pul qazanıb

  • SpaceTV
  • 2 Dekabr 2020 12:37

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” 114,6 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.

Spacetv.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75 mln ABŞ dolları və yaxud 39,6 % azdır.

Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” xarici ölkələrə 189,6 mln ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib.

Paylaş

 Xəbəriniz olsun