SOCAR-ın Gürcüstandakı şirkətinin gəlir və xərcləri açıqlandı

  • SpaceTV
  • 4 Dekabr 2020 11:26

“SOCAR Enerji Gürcüstan”nın xalis gəlirlərinin həcmi 50,5 milyon manat təşkil edib. 2018-ci ilə nisbətən Gürcüstandakı şirkətin xalis gəlirlərinin həcmi 10,3 faiz azalıb.

Spacetv.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf – 2019” hesabatında məlumat verilib.

Belə ki, şirkətin ümumi gəlirlərinin həcmi isə 1 milyard 50,8 milyon manat olub ki, bu əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin ümumi xərclərinin həcmi isə 1 milyard manat civarında olub. O cümlədən, əməliyyat xərcləri 920,9 milyon manat, əməkhaqqı, sosial müdafiə və imtiyazlara 42,6 milyon manat sərf edilib.

Qeyd edək ki, 2006-cı ildən etibarən, SOCAR Gürcüstan bazarına daxil olaraq, bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. Hazırda Gürcüstanda “SOCAR Enerji Gürcüstan”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və Kulevi neft terminalı fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun