SOCAR güclü küləklə bağlı Xəzərdə 700-ə yaxın işçini təxliyə edib

  • SpaceTV
  • 5 Avqust 2019 15:56

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzər dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib.

Məlumata əsasən, dənizdə təhlükəsizlik məqsədləri ilə əlaqədar açıq havada işlər dayandırılıb.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.

Paylaş

 Xəbəriniz olsun