“SOCAR AQŞ” və “Halliburton” birgə müəssisə yaradır

  • Space TV
  • 10 Fevral 2020 12:53

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.

SPACE TV xəbər verir ki,“SOCAR AQŞ”dən “ verilən məlumata görə, birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcək.

“SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.

Paylaş

 Xəbəriniz olsun