SOCAR 2020-ci ildə neft və qaz hasilatının həcmini açıqladı

  • Space TV
  • 18 Yanvar 2021 14:03

SOCAR müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib.

Bu barədə Dövlət Neft Şirkətinin “2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri”ndə məlumat verilib. 

Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə Azərbaycanda qaz hasilatı təqribən 4 faiz artaraq 37,1 milyard kubmetrə çatıb.

Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub.

2020-ci ildə SOCAR üzrə 56 min metrə yaxın qazma işləri həyata keçirilib.

Paylaş

 Xəbəriniz olsun