Şöbə müdiri: “Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz”

  • Space TV
  • 24 Noyabr 2020 10:46

“Son günlər koronavirusa yoluxanların sayının artması göstərir ki, xəstəliyin gedişatında xoşagəlməyən artım davam edir”.

Spacetv.az xəbər verir ki, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

Onun sözlərinə görə, kütləvi toplanma yerlərdə insanların pandemiya qaydalarına düzgün riayət etməməsi bu xəstəliyə yoluxma hallarının çoxalmasına gətirib çıxardı:

“Xəstəliyin artması, ağırlaşma və ölüm hallarının artmasının əsas səbəblərindən biri xəstənin gec müraciət etməsidir. Xəstələr çalışır ki, bir həftə, 10 gün evdə özünü müalicə etsinlər və vəziyyət ağırlaşanda həkimə müraciət edirlər. Təbii ki, bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir”.

“İnsanın yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Bu düzgün yanaşma deyil. Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz. Qrip və ya COVID-19-a yoluxma olarsa, mütləq həkimə müraciət olunmalıdır”,- şöbə müdiri qeyd edib.

Paylaş

 Xəbəriniz olsun