Snyaper həddi müsabiqəsinə hazırlıq

  • SpaceTV
  • 6 Avqust 2019 13:10

“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz növbəti mərhələyə hazırlaşırlar. Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edirlər

 “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz fərdi yarışda Rusiya, Qırğızıstan, Venesuela və Şri-Lanka hərbçiləri ilə hədəfin üzərində yerləşən 2 santimetr diametri olan dairəyə 300-600 metrdən atəş açmaq üzrə bacarıqlarını sınayıblar.

SPACE.TV-nin Müdafiə Nazirliyinə istinadən verdiyi  məlumata görə bu gün snayperlərimiz növbəti mərhələyə hazırlıq məqsədilə sınaq atışları yerinə yetirirlər. Hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan atışlar edir, mərhələnin xüsusiyyətləri, tapşırıqların yerinə yetirilmə hədləri, eləcə də ərazinin maddi-texniki bazası ilə tanış olurlar.

Paylaş

 Xəbəriniz olsun