Snayperlərimiz yarımfinala vəsiqə qazanıb

  • SpaceTV
  • 8 Avqust 2019 21:11

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaqdır.

SPACE.TV – Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.

Paylaş

 Xəbəriniz olsun