SMS icazə ilə bağlı MÜHÜM AÇIQLAMA

  • Space TV
  • 20 İyun 2020 11:35

“SMS icazə və icaze.e-gov.az sistemləri fərqlidir”.  

SPACE TV -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, vətəndaşlarda çaşqınlıq yaradan məsələlər var:

“İcaze.e-gov.az portalı fəaliyyətinə icazə verilən təşkilatların, dövlət və özəl sektorun, şirkətlərin əməkdaşlarına icazə alınması üçündür. Bu əməkdaşların sayının məhdud olması arzuolunandır. İcazə yalnız işə gəlmək və getmək üçündür.

SMS icazə isə vətəndaşlar üçündür. 8103 nömrəsinə müvafiq kodları göndərməklə, vətəndaşlar icazə alıb, qeyd olunan bəndlərə uyğun müddət ərzində yaşayış yerlərini tərk edə bilərlər”.

Paylaş

 Xəbəriniz olsun