Slovakiya Qarabağda müharibənin başa çatmasını alqışlayır

  • Space TV
  • 3 Dekabr 2020 16:43

Slovakiya Qarabağda hərbi əməliyyatların başa çatmasını alqışlayır.

Spacetv.az xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış 27-ci iclasında Slovakiyanın xarici işlər naziri İvan Korçak bildirib.

Nazir bölgəyə qaçqın və məcburi köçkünlərin qaytarılmasını, humanitar yardım göndərilməsini, infrastrukturun bərpasını zəruri hesab edib.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”, – deyə slovakiyalı nazir qeyd edib.

Paylaş

 Xəbəriniz olsun