Siyavuş Novruzovdan hərbi xidmətə çağırışla bağlı TƏKLİF

  • SpaceTV
  • 30 Mart 2020 11:49

“Həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişiklik edilməlidir”.

SPACE TV-ın məlumatına görə, Milli Məclisin iclasında deputat Siyavuş Novruzov belə təkliflə çıxış edib. 

O bildirib ki, dünya ölkələrində il ərzində müddətli həqiqi hərbi xidmətə iki dəfə çağırış olur. 

“Bizdə isə bu, dörd dəfədir. Yaz və payız çağırışları. Təklif edirəm ki, Azərbaycanda da çağırış sayı ikiyə endirilsin”, – deyə S.Novruzov əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun