Siyavuş Novruzov koronavirusla bağlı şayiə yayanların cəzalandırılmasını istəyir

  • SpaceTV
  • 29 İyun 2020 12:21

Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin rejimini pozanlara qarşı daha sərt cəzaların verilməsini təklif edib. 

SPACE TV-ın xəbərinə görə, deputat deyib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, bu cür insanlara qarşı cərimələr daha da sərtləşdirilməlidir. 

Millət vəkili hesab edir ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. 

“Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Belə insanlar barədə də cəza tədbirləri tətbiq edilməlidir”, – deyə S.Novruzov əlavə edib. 

Paylaş

 Xəbəriniz olsun