Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişini saxlanıldı – FOTO

  • SpaceTV
  • 11 Avqust 2020 13:34

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Space TV-nin məlumatına görə, sözügedən qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyərkən rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.  

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və  27 sərnişin barəsində İXM-nin 211.1-ci maddəsi üzrə protokol tərtib edilib, onlar cərimə olunublar.

Paylaş

 Xəbəriniz olsun