Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var

  • SpaceTV
  • 21 Oktyabr 2020 14:20

Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun