“Sivasspor”un yarımmüdafiəçisi “Qarabağ”la oyunu buraxacaq

  • Space TV
  • 19 Oktyabr 2020 11:21

“Qarabağ”ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə “Sivasspor”u itki ilə üzləşib.

Spacetv.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın V turunun “Kayserispor”la səfər oyununda (3:1) zədələnib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, təcrübəli oyunçu Avropa Liqasının III turunda noyabrın 5-də evdə “Qarabağ” keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Paylaş

 Xəbəriniz olsun