Sitrus festivalı keçirilib

  • SpaceTV
  • 25 Noyabr 2019 17:35

İlk olaraq festival iştirakçıları Heydər Əliyev Xatirə parkına simvolik qala qapılarından daxil olublar. Şəhərin mərkəzindəki geniş meydanda təşkil olunan festivalda onlarla pavilyon qurulub. Bu pavilyonlarda sənaye və kənd təsərrüfatı məhsulları və yerli təamlar nümayiş olunub. Məhsul bayramında öz məhsulları ilə çıxış edən müəssisələr üçün qurulan çadır-pavilyon, 100-ə yaxın stend və sərgi tumbaları festival iştirakçılarının marağına səbəb olub.

Festival yerli sakinlərlə yanaşı, şəhərin bütün qonaqlarına əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Bir sıra pavilyonlarda müxtəlif adlarda sərgilər təşkil olunub ki, əsasən çayçılığa, çəltikçiliyə və sitrusçuluğa həsr olunub. Bu da istehsalçılara öz məhsullarını festivala təqdim etməyə imkan yaradıb. Misal üçün “Lənkəran düyüsü – dillər əzbəri” sərgi pavilyonunda müxtəlif  kənd və şirkətlərdən olan çəltikçilər öz məhsullarını nümayiş etdirib.

 Festivalda “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Qırmızı Ənbərbu”, “Çampo”, “Sədri” düyü növlərindən aşbazlar 20-dən çox adda plov bişirib sərgiyə çıxarıb. Təkcə aşpaz Qubad Həbibovun festivala çıxardığı yeməkləri biz saymaqla bitirə bilmədik.

Müxtəlif  bədii özfəaliyyət kollektivləri tərəfindən ifa olunan kompozisiyalar, musiqi nömrələri də festivala rəng qatıb. Festival axşam saatlarına qədər davam edib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun