Şirvanda xüsusi karantin rejimi dövründə qanunlara riayyət etməyən 225 nəfər cərimələnib.

  • SpaceTV
  • 24 Aprel 2020 15:54

Şirvan şəhərində koronavirus (COVİD 19) pandemiyasına qarşı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəhər ərazisində hava şəraitindən asılı olmayaraq sutkanın 24 saatı ərzində karantin rejiminin qaydalarına polis nəzarəti davam edir. Son 2 gündə hava şəraitinin kəskin şəkildə pisləşməsinə baxmayaraq polis əməkdaşları xüsusi qoruyucu geyimlərdə xidmət keçirlər. Xüsusi karantin rejimi tətbiq edilən gündən indiyədək qayda-qanunlara riayyət etməyən vətəndaşlar aşkar edilərək inzibati qaydada cərimələnib.

Qeyd edək ki, karantin rejim qaydalarının təmin olunması məqsədi ilə şəhərdə polis əməkdaşları tərəfindən bu kimi tədbirlər yenə də davam etdirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun