Bədbəxt hadisə şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Hüseynova Günay Yusif qızı həyətdə oynayan zaman orda olan dəmir skaf onun üzrinə aşıb. Valideynləri azyaşlını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mükün olmayıb. Nəticədə kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində 4 yaşlı uşaq vəfat edib. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Təyyar Nəsirli SPACE TV