Şirvanda sərxoş kişini avtombil vurub öldürdü

  • SpaceTV
  • 20 Sentyabr 2020 21:05

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

Spacetv.az-ın məlumatına görə, hadisə Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Belə ki, “Chevrolet” markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İbrahimov İlham Həmid oğlunu vurub. 

İ.İbrahimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun