Şirvanda qadın atasını balta ilə qətlə yetirib

  • SpaceTV
  • 12 May 2020 13:39

Dəhşətli qətl gecə saatlarında Şirvan şəhəri, Məmməd Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, şizofreniya xəstəsi olan,  43 yaşlı Mirsəkinə Əkbərova atası, 87 yaşlı Nadir Əkbərovun baş nahiyəsindən balta ilə bir neçə zərbə vuraraq qətlə yetirib. Meyit Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Şirvan şəhər bölməsinə aparılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları tərəfindən qətldə istifadə olunan balta maddi sübut kimi götürülüb. Qətli törədən şizofreniya və paranoyadan əziyyət çəkən qadının respublika psixatriya xəstəxanasına dispanserizasiya ediləcəyi bldirilir. Faktla bağlı Şirvan şəhər  Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun