Hadisə ötən gün axşam saatlarında Şirvan şəhəri Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib. İlkin məlumata görə, Şirvan şəhər sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu mübahisə zəmnində qadın tərəfindən üz və qulaq nahiyəsindən 3 bıçaq xəsarəti alıb. Yaralının mağaza qarşısında olduğu görüntülər kamera yaddaşına həkk olunub.
Al-qan içində olan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirlib. Versiyayalardan birinə görə, İbrahim İbrahimov Bakıdan Şirvana gətirdirdiyi və digər versiyaya görə isə qeyri-rəsmi yaşadığı qadın tərəfindən bıçaqlanıb. Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Təyyar Nəsirli SPACE TV