Qəza hadisəsi ötən gün axşam saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 82 yaşlı Səkinə Vəliyevanı vurub. Qadın aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Təyyar Nəsirli SPACE TV