Şirvanda narkotik vasitələr satan keçmiş məhkumlar saxlanılıb

  • SpaceTV
  • 15 May 2020 14:15

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz narkotik vasitələrin dövriyyədən çıxarılması ilə bağlı silsilə əəliyyat tədbirləri keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakinləri, 32 yaşlı Ramil Beydiyev, 24 yaşlı Məmməd Məmmədov, 32 yaşlı Əliqulu Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onların üzərinə baxış keçirilən zaman müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan sakini, 55 yaşlı Cabil Məmmədov da şübhəli şəxs qismində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, sonuncuya narkotik vasitəni əvvəllər məhkum olunan Şirvan şəhər sakini,  28 yaşlı Mirmövsüm Ağamiyə 270 manata satıb. Mirmöhsüm Ağami saxlanılarkən üzərindən 2,882 qram narkotik vasitə olan heroin, yaşadığı evin həyətində ayrı-ayrı dibçəklərdə əkib becərilməklə aqrotexniki qaydada qulluq göstərdiyi 9 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.  Saxlanılan şəxslər törətdiyi cinayəti etiraf ediblər.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun