Şirvanda narkotik alverçiləri olan kemiş məhkumlar saxlanılıb

  • Space TV
  • 23 İyul 2020 15:09

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən narkotikanın qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş  Şirvan şəhər sakini, 36 yaşlı Aydın İsrafilov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan satış məqsədi üçün nəzərdə tutulan 10 bükümdə 21,753 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Digər əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunan Şirvan sakini, 46 yaşlı Elşən Qurbanov istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan heroini qardaşı oğlu, 30 yaşlı Elmir Qurbanovla qabaqcadan əlbir olaraq birgə gəlir əldə etmək məqsədi ilə Salyan rayonunda satmağa gedərkən Şirvan polisi tərəfindən saxlanılıb. Saxlanılan zaman sonuncunun üzərinə baxış zamanı ondan 55,183 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun