Şirvanda mikroavtobusla minik avtomobili toqquşub, 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.

  • SpaceTV
  • 1 İyun 2020 13:54

Şirvan şəhərinin giriş qapısı yaxınlığında Hacıqabul şəhər sakini, 21 yaşlı Yaşar Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönməkdə olan şəhərdaxili marşrut üzrə işləyən “Mersedes” markalı mikroavtobusa çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, Hacıqabul sakini, 22 yaşlı Fərid İsmayılov hadisə yerində dünyasını dəyişib. Bundan başqa “VAZ-2106”nın sürücüsü və sərnişin, 21 yaşlı Maşallah Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili tibbi yardım maşınlarla Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə hissəsinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun