Şirvanda körpüdən özünü Kür çayına atmaq istəyən gənc xilas edilib.

  • Space TV
  • 13 Aprel 2020 14:39

Bu olay ötən gün axşam saatlarında Şirvan şəhər və Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpüdə baş verib. Belə ki, Sabirabad rayonunun Moranlı kənd sakini, 1997-ci il təvəllüdlü Camal Mirzə oğlu Camallı körpüyə çıxaraq özünü çaya atmaq  istəyib. Şirvan şəhər polis şöbəsinin Post Ptrul Xidmətinin bölmə rəisi, polis polkovniki İsmayıl Hacıyev intihara cəhd edən gənclə psixoloji danışıqlar aparıb. Söhbət zamanı onun valideynləri ilə mübahisə etdiyi, bu səbəbdən də özünü çaya atmaq istəməsi məlum olub. Polis əməkdaşlarının apardığı psixoloji söhbətdən sonra Camal Camallı fikrindən daşınıb. 23 yaşlı gənc xilas edilərək Şirvan şəhər polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun