Şirvanda karantin postundan keçmək istəyən narkotik alverçiləri saxlanılıb.

  • SpaceTV
  • 16 Aprel 2020 14:40

Koronavirus  pandemiyasının qarşısını almaq məqsədi ilə Şirvan şəhəri və Salyan rayonu sərhəddində  qurulan karantin rejimi postunda Şirvan polisi və daxili qoşunların birgə səyi nəticəsində karantin rejimi zamanı yalançı SMS vasitəsi ilə çölə çıxmaq adı altında narkotik vasitələrin satışını həyata keçirmək istəyən şəxslər yaxalanıb. Stasionar postda növbə çəkən əməkdaşlar özlərini şübhəli aparan, əvvəllər dəflərlə məhkum olunmuş Salyan rayon sakinləri, 1979-cu il təvəllüdlü Əliyev Əlisa Qurban oğlu və 1982-ci il təvəllüdlü Məcidov Rabil Rafət oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilərkən birincinin üzərindən 19 qram heroin, 15 qram metamfetamin, ikincinin üzərindən 19 qram heroin və 8 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun