Şirvanda iki qardaş eyni vaxtda iki nəfəri bıçaqlayıb

  • Space TV
  • 3 Fevral 2020 14:45

Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlu bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və dərhal əməliyyata götürülüb. Yaralı əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib. Bundan əvvəl Şirvanda Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu da baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.  Kamran  Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Əsas damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağır olduğundan paytaxta  respublika xəstəxanasına yola salınıb. Hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.

O da müəyyən edilib ki, Vüsal Vazehini sonuncunun qardaşı münaqişə baş verən anda bıçaqlayıb. Hadisəni törədən digər qardaşın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Şirvan polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun