Şirvanda ETSN ağacəkmə aksiyası

  • Space TV
  • 21 Dekabr 2019 14:42

Şirvan şəhərində keçirilən ağacəkmə aksiyasına səhər saatlarında start verilib. Ağzacəkmə aksiyası Nazirliyinəm əkdaşlarının, eləcə də yüzlərlə şirvanlının birgə iştirakı ilə Şirvanda məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə gedən yolun kənarında reallaşıb. Yolun hər iki tərəfi qabaqcadan yararlı hala salınıb, sonra həmişə yaşıl elder şamı əkilib. Ağaclar basdırılan zaman dibi torpaqla doldurlub və su maşınlarının vasitəsiilə suvarılıb. Aksiyada iştirak edən şirvanlı gənclər ağac əkərkən şəhərlərində yaşıllıqların artırılması işinə töhvə vermələrindən qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, aksiya çərçivəsində yolun kənarlarında 3 min ədəd eldar şamı və sərv ağacı əkilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun