Şirvanda avtomobil 32 yaşlı kişini vurub.

  • SpaceTV
  • 8 İyul 2020 15:12

Hadisə gecə saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı 99 KR 319 dövlət nömrə nişanlı avtomobil yolu keçən Şirvan şəhər sakini, 32 yaşlı Rəşad Rafiq oğlu Əmənovu  vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alaraq komatoz vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Yaralı piyada xəstəxanaya onu vuran sürcü tərəfindən çatdırılıb. Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli space tv

Paylaş

 Xəbəriniz olsun