Şirvanda 46 saylı DSK bələdiyyə seçkiləri

  • Space TV
  • 24 Dekabr 2019 15:00

46 saylı Şirvan seçki dairəsində də bələdiyyə seçkilərində fəallıq nümayiş olunur. Seçicilər böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə axışır, istədiyi namizədə səs verirlər.

Qeyd edək ki, 43259 seçicinin olduğu dairədə 34 seçki məntəqəsi fəaliyyət göstərir. 12 seçki məntəqəsində VEB kamera quraşdırılıb. Seçici və müşahidələr üçün bütün məntəqəlrdə normal şərait yaradılıb. Seçkiləri 395 yerlimüşahidəçi izləyir.

Qeyd edək ki, Şirvanda 2 bələdiyyə üzrə 26 yerə qarşı 94 nəfər namizədliyini irəli sürüb. DSK-dan verilən məlumata görə, saat 10:00 radələrinə kimi seçicilərin 7,83 faizi, yəni, 3387 nəfəri səsvermədə iştirak edib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun