Şirvanda 4 otaqlı ev yanıb.

  • Space TV
  • 8 Yanvar 2020 14:53

Şəhərin Mail Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində şəhər sakini, 57 yaşlı Cəmilə Məmmədovaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, yaşayış evinin müəyyən hissəsi içindəki əşyalarla birlikdə yanaraq kül olub. İlkin ehtimallara görə, yanğın qaz sobasından baş verib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun